G-20 dünya iqtisadiyyatına 5 trilyon dollar ayırdı

G-20 ölkələri koronavirus pandemiyasının nəticələrini ortadan qaldırmaq üçün dünya iqtisadiyyatına 5 trilyon dollarlıq yatırım edəcəklər.

Sozcu.az xəbər verir ki, bu nəticə G-20 ölkələrinin sammitinin yekun bəyanatında yer alıb.

Yekun bəyanatda G-20 liderlərinin bütün mümkün siyasi vasitələrdən istifadə edərək, pandemiyanın yaratdığı iqtisadi və sosial zərəri minimuma endirməyə çalışacaqları yer alıb. G-20 liderləri bu tədbir sayəsində dünya iqtisadiyyatının sürətlə ayağa qalxacağına ümid etdiklərini bəyan ediblər.

Facebook Comments