“Korona” “Barselona”ya da çatdı

“Barselona”da koronavirusa ilk yoluxma qeydə alınıb.

Sozcu.az-ın “Mundo Deportivo”ya istinadən yaydığə xəbərə görə, Katalon klubunun Cənubi Amerika üzrə əsas skautu Andre Küri və xanımı virusa yoluxublar.

Küri öz arvadı ilə San-Pauloda evdə təcrid edilib. Onlar xəstəxanaya yerləşdirilməyiblər.qol.az

Facebook Comments