İranda spirtli içkidən ölənlərin sayı artır

İranda saxta spirtli içkidən ölənlərin sayı 194-ə çatıb.

Sozcu.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumatdan bildirilib ki, koronavirusdan qorunmaq məqsədilə spirtli içki qəbul edib zəhərlənənlərin sayı durmadan artır.

“Artıq zəhərlənənlərin sayı minə çatır. Təkcə Xuzistan əyalətində 673 nəfər saxta spirtli içkidən zəhərlənib”, – məlumatda qeyd edilib.

Ölkənin rəsmi dairələri spirtli içkidən zəhərlənənlərin sayının artacağını proqnozlaşdırıblar.

Axar.az

Facebook Comments