“Əpl” bütün mağazalarını bağladı

“Əpl” şirkəti koronavirusa görə, bütün mağazalarını 2 həftəlik qapadacaq.

Sozcu.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında qeyd edilib.

Məlumata görə, Çin xaricində şirkətin bütün pərakəndə mağazaları martın 27-nə qədər bağlanacaq və işçilər evdən çalışacaqlar.

Facebook Comments