Mourinyo məğlubiyyət haqda nə dedi?

“Dünən gecə bizdə pozitiv əhval-ruhiyyə var idi. Hamımız uğura inanırdıq. Rəqibin çox güclü komandası ilə bizə çətin oldu”.

Sozcu.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalının “Leyptsiq”lə cavab oyunundan sonra deyib.

0:3 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları oyunu şərh edən portuqaliyalı mütəxəssis uğursuz mövsüm keçirmələrini komandada zədəlilərin çox olması ilə əlaqələndirib:

“Bir neçə səhv etdik və rəqib bundan istifadə etdi. Sonra isə nəyisə dəyişmək çətin idi. “Leyptsiq”in fiziki cəhətdən çox güclü heyəti var. Tez-tez yerdəyişmələr edir və sürətli hücumlar qururdular. Əvvəlki oyunlarda təhlil etdiyimiz səhvləri yenə təkrarladıq. Mən uşaqlardan bacardıqlarından artığını tələb edə bilmərəm. Bəzən çətin anlar uğurlu gələcək üçün tramplin yaradır.

Hər oyunda hansısa futbolçunun zədələnməsi və bir neçə aylıq sıradan çıxmasına görə heç kim günahlandırılmır. Bu mövsüm belə alındı – problemlə başladı, sonra zədələr bizi rahat buraxmadı. Futbolçuları günahlandırmıram, onlar bacardıqlarını etdilər”.

Xatırladaq ki, “Tottenhem” Londondakı görüşdə Almaniya klubuna 0:1 hesabı ilə uduzmuşdu.qol.az

Facebook Comments