“Hazırkı durum ölkə üçün təhlükəlidir” – Erkin Qədirli

“Kobud gerçəklik odur ki, iqtidar – müxalifət münasibətləri olduğu kimi qala bilməz. Hazırkı durum sabit deyil və ölkə üçün təhlükəlidir”.

Sozcu.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə deputatlığa lider namizəd Erkin Qədirli deyib.

“Bu münasibətlər ya indikindən daha yaxşı, ya da indikindən daha pis olasıdır. Hər iki yönün öz yandaşları vardır. ReAl bu münasibətlərin yaxşılaşmasını istəyir. İqtidarda da ölkəmizin yararına bunu istəyənlər varsa, biz payımıza düşən məsuliyyəti üzərimizə götürməyə hazırıq. Görüşlərin və danışıqların davamı olmalıdır” – E.Qədirli qeyd edib.

Facebook Comments