Mingəçevirdə güclü külək ağacı qadının başına aşırdı

Mingəçevirdə güclü küləyin təsiri nəticəsində 37 yaşlı qadının üstünə ağac aşıb.

Sozcu.az-ın xəbərinə görə, hadisə Nəriman Nərimanov küçəsində 1 saylı tam orta məktəbin qarşısında baş verib.

Qırılan ağaclardan biri 1983-cü il təvəllüdlü şəhər sakini Ağasıyeva Səbinə Nazim qızının başına düşüb. Başı yarılmış halda xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.APA

Facebook Comments