Müsavat başqanı ATƏT nümayəndəsi ilə nədən danışıb?

ATƏT-in müşahidə missiyasının nümayəndəsi Müsavat başqanı ilə görüşüb.

Fevralın 17-də ATƏT-in Varşava bürosunun müşahidə missiyasının nümayəndəsi Saşa Payeviç Müsavat başqanı Arif Hacılı ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, görüşdə 16 fevral aksiyasında Arif Hacılının və Müsavat fəalların saxlanması, seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına verilən şikayətlərin aqibəti və digər məsələlər müzakirə olunub.

Müsavatın qərargahında baş tutan görüşdə başqanın müavinı Səxavət Soltanlı da iştirak edib.

Facebook Comments