Bakıda ər avtomobillə arvadının üzərindən keçdi – DƏHŞƏT

Bakıda bədbəxt hadisə baş verib.

Sozcu.az-ın xəbərinə görə, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilimiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.(Report)

Facebook Comments