Fəzail Ağamalının görüşündə daha bir şok – VİDEO

“Mən Fəzail Ağamalı ilə qarşıdurmaya getməmişəm. Əksinə, o, mənim vəkilim döyüb və camaat da buna etiraz edib”.

Sozcu.az bildirir ki, bu sözləri Yenisabah.az-a 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi bildirib.

Kamil Musavinin sözlərinə görə, həm dairədən namizəd olan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının ona etiraz edənləri “sərxoş”, “nəşəli” adlandırması iftiradan başqa bir şey deyil.

“Bəlkə deyəydi, orada türmədən gətirdiyim adamlar olub, nə bilim vertolyot filanla adamlarla gətimişik? Ora toplaşan insanlar seçicilərdir. Onlar da Fəzail Ağamalıya etiraz ediblər. Bu adam mənim vəkilim döydürüb, əlimizdə bununla bağlı videosübutlar var. Camaat da bundan xəbər tutub ona etiraz etməyə gəliblər”, – deyə Kamil Musavi vurğulayıb.

Kamil Musavi vəkilinin fiziki təzyiqə məruz qaldığını əks etdirən videonu da redaksiyamıza göndərib.

Deputat Fəzail Ağamalı bu gün Salyanda ciddi etirazla qarşılanıb. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Fəzail Ağamalı isə Yenisabah.az-a bildirib ki, baş verənlər ona qarşı təxribatdır. “Ağlı başında olmayan, kefli, hallanmış, narkotika qəbul etmiş 25-30 nəfər şəxs bizə hücum çəkdi”, – deyə AVP sədri qeyd edib.

Facebook Comments