Pompeo Qazaxıstanda: Kimlərlə görüşəcək?

ABŞ Dövlət katibi Mayk Pompeo Qazaxıstana səfərə gəlib.

Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov məlumat yayıb.

Pompeo sabah Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi ilə bir araya gələcək. Tərəflərin ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, Pompeonun Prezident Qasım Jomart Tokayev, eləcə də bu ölkənin birinci prezidenti Nursultan Nazarbayevlə görüşü planlaşdırılır.

Qeyd edək ki, Pompeo bu gün Belarusda səfərdə idi.

Facebook Comments