Ərdoğanın yaşlı qadına jesti gündəm oldu – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ şəhərindəki zəlzələdə xəsarət alan qadını xəstəxanada ziyarət edib.

Sozcu.az xəbər verir ki, yaşlı qadın prezidentdən övladlarının yanına gətirilməsini istəyib.

Ərdoğan isə onun xahişini nəzərə alaraq qadının yanında yaşayan polis oğlu və Trabzonda işləyən mühəndis oğlunun müdirlərindən 15 günlük icazə alıb.

Prezidentin bu jesti ölkədə gündəm olub.(Publika.az)

Facebook Comments