Azərbaycanda ŞOK OLAY: uşaq evində körpələrə belə işgəncə verirlər – DƏHŞƏT

Gəncədə yerləşən uşaq evindən qeyri-insani hərəkətlərin görüntüləri yayılıb.

Sozcu.az xəbər verir ki, tez-tez uşaq evlərinə baş çəkib körpələrlə maraqlanan və o görüntüləri izləyiciləri ilə paylaşan sosilal media fenomeni Kamil Zeynallı bu dəfə Gəncədəki körpələr evindəki uşaqların aqibətindən danışıb.

Lakin onun bu dəfə paylaşdığı videodakı görüntülər ürək parçalayıb.

Sözügedən videoda uşaqların natəmiz şəraitdə saxlanıldığı və daha dəhşətlisi isə onların iplə bir-birinə bağlanaraq aziyyət verildiyi görünür.

K.Zeynallının sözlərinə görə uşaq evlərinə körpələr üçün göndərilən hədiyyələr də işçilər tərəfindən mənimsənilir.

Rəsmi “İnstagram” hesabında paylaşım edən K.Zeynallı bu barədə lazımı orqanlarla əlaqə saxlayacağını və həmin müəsisənin işçilərinin dəyişdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.(Azmedia.az)

Facebook Comments