Bergüzar Korel bir daha seriala çəkilməyəcək

Türkiyəli aktrisa Bergüzar Korel 15 il sonra yenidən teatr səhnəsinə qayıdır.
Sozcu.az xəbər verir ki, o, monotamaşada yer alacaq.

“Teatra qayıtmaq möhtəşəmdir. Monotamaşada rol alacam. Serial çəkilişləri məni çox yorub, bir də çəkilməyəcəm. Hazırki həyatımdan məmnunam. Ailəmə, dostlarıma vaxt ayıra bilirəm” deyə, aktrisa bildirib.

Qeyd edək ki, Bergüzar sonuncu dəfə həyat yoldaşı Halit Ergençlə birgə “Vatanım sensin” serialında rol almışdı.(Axşam.az)

Facebook Comments