Qəçrəşdə istirahət mərkəzi yandı

Quba rayonunun Qəçrəş kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 170 m² olan mətbəxin tavanı 30 m² sahədə yanıb.

Sozcu.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook Comments