Xarici ölkələr Avstraliyadakı səfirliklərini BAĞLADI

Bəzi ölkələr Avstraliyada yerləşən səfirliklərini bağlamaq qərarına gəlib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, xarici ölkələr meşə yanğınları və havanın çirklənməsi səbəbiylə diplomatların həyatlarını təhlükəyə atmamaq üçün belə qərar qəbul ediblər. Macarıstan, Estoniya, İrlandiya və İtaliya artıq səfirliklərini müvəqqəti bağlayıb.

Daha bir neçə ölkənin oxşar addımlar atacağı bildirilir.

Facebook Comments