Elman Rüstəmov: Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya bilək

Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya və möhkəmləndirə bilək.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

Baş bankir qeyd edib ki, makroiqtisadi sabitliyi qorumaq Mərkəzi Bankın başlıca vəzifələrindən biridir:

“Aşağı inflyasiya, hökumətin inflyasiya proqnozu, Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyərək 4±2 faiz ətrafındadır. Bu, real gəlirlərin artmasına imkan verəcək. İqtisadi dinamikaya, biznes, investisiya mühitinə inflyasiya səviyyəsi olduqca mühüm dəstək verir”.

Sozcu.az

Facebook Comments