“Efirdəki ab-havanı görəndə ürəyim bulanır” – Fatimə

“Şou-biznesdən uzağam. Vəziyyətim “salam-sağ ol”dan ibarətdir. Ötən illər mənə öyrətdi ki, şou-biznesdən uzaq gəz. Nə qədər uzaq olsan, o qədər hörmətli olacaqsan”.

Sozcu.az xəbər verir ki, bu sözləri “Show News”a rəqqasə Fatimə Fətəliyeva deyib.

O, sənətə gəldiyi üçün peşman olduğunu dilə gətirib:

“Kaş ki, bu sənətə gəlməzdim. Əsəblərim yerində deyil. İnsanların yalanlarına dözə bilmirəm. Üzümü çevirirəm, arxamca danışırlar. Mən sözü üzə deyirəm. Bunlara necə dözüm? Son zamanlar efirdəki ab-havanı görəndə ürəyim bulanır. İnsanlara həmişə inanmışam, inanacam da. Bu, xarakterimdir. Ona görə də, sənətimdən iyrənmişəm. Şou-biznesdəkilərdən uzaq olmaq istəyirəm. Bir il öncəyə baxanda çox dəyişmişəm”.

Facebook Comments