Bölgədə yaranmış durum Türkiyədən yan keçməyəcək: LİRƏNİN DƏYƏRİ İTƏCƏK ….

Bölgədə yaranmış durum region ölkələrin milli valyutalarının ABŞ dollarına nəzərən məzənnələrinə və xam neftin dünya bazar qiymətlərinə təsirsiz ötüşməyəcək.

Sozcu.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Məzənnə təsirlərindən ilk növbədə İran və Türkiyə iqtisadiyyatı qayğılanacaq -deyən iqtisadçı, İran rialının və Türk lirəsinin dəyərini düşəcəyini ildirib:

“Azərbaycan manatına gəlincə, bu məzənnənin tənzimlənməsi rejimindən asılıdır. Əgər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatında nəzərdə tutulduğu kimi 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunarsa manat da baş verənlərdən təsirlənə bilər. Digər tərəfdən onu da qeyd edim ki, Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2020-ci il üçün gəlirlər ötən ilki proqnoz göstəricilərindən 20 faiz az gözlənilir. Odur ki, bu arada maliyyə əməliyyatları apararkən ehtiyatlı olmaq lazımdır.

Iran-ABŞ münasibətlərinin beynəlxalq birjalara təsirlərinə gəlincə, artıq dünya bazarlarında Brend markali xam neftin qiyməti dünən 4 faizə qədər bahalaşmış, qızılın qiyməti son 4 ayın maksimum səviyyəsinə qalxmış, 10 illik xəzinədarlıq istiqarazlarının gəlirliyi son 3 həftənin ən aşağı səviyyəsinə enmiş, Standard & Poor 500 indeksi 0,7 faiz ucuzlaşmışdır”.

Anar Rəsullu

Facebook Comments