Tiflisdə aksiya: yarmarka qadağası – Foto

Gürcüstan parlamentinin qarşısında səyyar satışa icazə verilmədiyinə görə etiraz aksiyası keçirilib.

Axar.az-ın Tiflisdə olan əməkdaşının məlumatına görə, ticarətçilər parlament qarşısında hər il piştaxtalar qurur, bayram hədiyyələri satırlar.

Lakin bu dəfə piştaxtalar boşaldılıb, ticarətə icazə verilməyib. Buna etiraz olaraq, gürcü alverçilərdən biri uşaq oyuncaqlarını, attraksionları, suvenerləri parlament binasının qarşısına tökərək narazılığını bildirib.

Sozcu.az

Facebook Comments