“Tottenhem”də Harri Keyn şoku

“Tottenhem”in futbolçusu Harri Keyn 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onu İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə “Sauthempton”la matçda (0:1) zədələnməsidir.

Beləliklə, 26 yaşlı hücumçu ölkə çempionatıda “Liverpul” və “Mançester Siti” ilə görüşləri dəqiq buraxacaq. O, Çempionlar Liqasının 1/8 finalında “Lesptsiq”lə oyunda da meydana çıxmaya bilər.

Qeyd edək ki, H.Keyn bu mövsüm Premyer Liqada 20 matçda 11 qol vurub və 2 qolun ötürməsi verib.

Facebook Comments