“Bavariya”nı kim çalışdıracaq? – Klub rəsmən açıqladı

“Bavariya” rəsmən təsdiq edib ki, mövsümün sonuna kimi komandanı hazırda baş məşqçi vəzifəsinin səlahiyyətlərini icra edən Hans-Diter Flik çalışdıracaq.

Sozcu.az xəbər verir ki, bu haqda klubun saytının yaydığı açıqlamada bildirilir. Həmçinin klub rəhbərliyi mövsüm başa çatdıqdan sonra Fliklə əməkdaşlığın davam etdirilməsi imkanlarını nəzərdən keçirir.

Daha öncə yayılan xəbərə görə, “Bavariya” rəhbərliyi Flikin fəaliyyətindən razıdır.

Qeyd edək ki, Münhen təmsilçisi birinci dövrəni lider “Leyptsiq”dən 4 xal geri qalmaqla 33 xalla üçüncü pillədə başa vurub.

Facebook Comments