Moskvadan şok: Ankaranın ordu yeritməsindən narahatıq

Ankara və Fayez Saracın rəhbərlik etdiyi Liviya Milli Hökuməti arasında bağlanan müqavilə, eləcə də Türkiyənin Liviyaya ordu yeritmək imkanları Moskvada böyük narahatlıq yaradır.

Sozcu.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyindəki etibarlı mənbələrinə istinadən yayıb.

“Bu, çoxlu suallar ortaya çıxarır, qonşu ölkələrin maraqlarına toxunur. Situasiya çətindir. Əlbəttə ki, Moskvanı Türkiyə qoşunlarının Liviyaya yeridilməsi imkanı narahat edir. BMT Təhlükəsizlik Şurasının qətnaməsi, silah embarqosu qərarı var. Konflikt həll edilməyənə qədər belə xarici hərbi müdaxilə vəziyyəti çətinləşdirə bilər”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Türkiyə ilə Liviya Milli Hökuməti noyabrın sonunda hərbi sferada və dəniz zonalarında qarşılıqlı anlayış barədə müqavilə imzalayıblar. İki ölkənin bu razılaşması bir çox ölkələrin, o cümlədən Misirin narazılığına səbəb olub.
Rusiya Liviyada Xəlifə Haftarı dəstəkləyir. Qərb ölkələri isə əsasən Saracın hökumətinə dəstək verir.

Facebook Comments