6,8 milyon dollar uduşlu lotereya bileti satılıb

Kanadada 6,8 milyon ABŞ dolları məbləğində “49-dan 6” milli lotereyasının cekpotu oynanılıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə lotereyanı keçirən “OLG” şirkətinin nümayəndələri xəbər veriи.

Nümayəndələr bildirib: “Uduşlu biletin rəqəmləri – 9, 12, 17, 23, 41 və 44. Bonus-rəqəm – 3”.

Bildirilir ki, hazırda biletin Kanadanın Kvebek əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot – 49,5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.

Sozcu.az

Facebook Comments