Azadlq Partiyası parlament seçkisində iştirak etməyəcək

Azadlıq Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə Sozcu.az saytına Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Partiya sədri Seçki komissiyalarında dəyişikliklər olmadan seçkiyə qatılmağı doğru saymır:

“Seçki komissyalarında dəyişikliklər olmadan seçkiyə qatılmaq doğru deyil. Bu baxımdan da Azadlıq Partiyası seçkiyə qatılmır. Bu seçkidə də mandat hakimiyyətin siyahısı üzrə paylanacaq. Hakimiyyətin təyinatı ilə formalaşan 125 nəfərlik qurumu parlament adlandırmak doğru deyil”.

Partiya sədri qeyd edi ki, İlk öncə millətin inandığı komanda formalaşmalıdır:

“Seçki pozuntularını bütün dünya bilir. Müxalifət seçki ilə bağlı məsələni birgə müzakirə etmək halında da deyil. Bu pərakənndəliklə, millətin bu la qeydliyi ilə nəsə əldə etmək mümkünsüz görünür. İlk öncə millətin inamı bərpa olunmalıdır . Ortada millətin inandığı bir komanda olmalıdır.

Facebook Comments