Cənub bölgəsinin beş rayonu bu siyahıdadır (CƏDVƏL)

Azərbaycanda iqtisadi cəhətdən ən zəif inkişaf etmiş rayonları məlum olub.

Bunlar Naftalan, Lənkəran, Lerik, Masallı, Astara və Yardımlıdır.

Sozcu.az bildirir ki, Dövlət Statistika Komitəsinin FED.az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, yanvar-sentyabr aylarında bu rayonlarda adambaşına düşən məhsul istehsalı 1500 manat və ondan aşağı olub.

Ən aşağı göstərici Yardımlı rayonundadır – cəmi 948 manat.

Xatırladaq ki, yanvar-oktyabr aylarında ölkə üzrə bu göstərici orta hesabla 5 825,7 manat təşkil edib.

Naftalan rayonunda bu dövrdə 3,6% iqtisadi geriləmə baş verib.

Facebook Comments