Dibala “Liverpul”da?

“Yuventus”un futbolçusu Paulo Dibala yayda Turin klubunu tərk edə bilər.

Sozcu.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Liverpul” 25 yaşlı hücumçu ilə maraqlanır. Klub bir neçə həftə ərzində argentinalı oyunçu ilə müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, P.Dibala ilə “Real”ın da maraqlandığı iddia olunur.(Qol.az)

Facebook Comments