Bakıda bir nəfərin üstünə su çəni, digərinin isə dəmir darvaza aşdı

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində güclü küləyin təsirindən su çəni aşıb.
Sozcu.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbasov Amin Ramin oğlu küçədə hərəkətdə olan zaman həmin su çəni onun üstünə düşüb. A.Abbasov ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Güclü küləyin təsirindən, həmçinin Binəqədi-Xırdalan şossesində 1968-ci il təvəllüdlü Xəlilov Qalib Məzahir oğlunun üzərinə dəmir darvaza aşıb, yaralı ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. (APA)

Facebook Comments