Valverdenin Messi və Suaresdən gözlədiyi jest

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandanın hücumçuları Lionel Messi və Luis Suaresin noyabrda milliyə çağırılmasını istəmir.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 55 yaşlı mütəxəssis noyabr ayında Kataloniya təmsilçisinin gərgin qrafiki səbəbindən bunu istəyir. E.Valverde noyabrda 8 matç və dekabrda “El-Klassiko” olduğu sözügedən oyunçuların bu dönəmdə klubun düşərgəsində olmasını düzgün hesab edir. Ancaq Valverdenin Messi və Suaresin özündən bu jesti etməyi gözlədiyi vurğulanıb.

Qeyd edək ki, Argentina yığması noyabrda Braziliya (15 noyabr) və Paraqvayla (18 noyabr), Uruqvay millisi isə Macarıstanla (15 noyabr) yoldaşlıq görüşü keçirəcək.(Qol.az)

Facebook Comments