Moskva Nikola Qarabağla bağlı ilk siqnalını verdi – Trofimçuk

Rusiya Paşinyana Lavrovun simasında Qarabağla bağlı ilk siqnalını verdi.

Axar.az xəbər verir ki, bunu “168 Jam”a müsahibəsində politoloq Qriqori Trofimçuk deyib.

“Lavrovun açıqlaması Nikol Paşinyana uzun illər davam edən danışıqlar prosesini məhv etməməsi ilə bağlı xəbərdarlıq idi. Rusiya tərəfi Paşinyanın bəyanatları qarşısında uzun müddət susdu və nəhayət, ilk siqnalını verdi. Ekspert kimi mən belə siqnalı gözləyirdim. Başqa sözlə desək, Moskva imkan verməyəcək ki, bu konflikt Paşinyanın müraciətindən çıxarılan tezislər əsasında Cənubi Qafqazda stabilliyi pozsun”, – deyə o bildirib.

Trofimçuk Paşinyanın qeyri-müəyyən siyasəti nəticəsində Azərbaycanın Rusiyanın strateji tərəfdaşına çevrilməsinin normal hal olduğunu deyib:

“Rusiya burada heç bir balansı pozmur. Keçən ilin yazından balansı Ermənistanın yeni hökuməti pozur. Lap yeni pozuntular isə yoldadır”.

Facebook Comments