Milli Şuranın aksiyasına razılıq verildi – “Biz Lökbatana getməyəcəyik”

AXCP sədrinin müavini Seymur Həzi Yenisabah.az-a bildirib ki, BŞİH-in təklif etdiyi yer kütləvi aksiyalar üçün uyğun deyil.
“Biz Lökbatana getməyəcəyik. Növbəti aksiyaların yerini təyin edəcək və keçirəcəyik”,- deyə Seymur Həzi əlavə edib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

AXCP-dən “Yeni Sabah”a verilən məlumata görə, BŞİH aksiyanın Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə etiraz etmir. Milli Şuranın bununla razılaşıb-razılaşmayacağı hələlik bilinmir.

Sozcu.az

Facebook Comments