Mask Lukaşenkonu təkzib etdi: Hədiyyə verməyib?

Amerikalı milyarder İlon Mask Belarus Prezidenti Aleksandr Lukaşenkoya “Tesla” avtomobili hədiyyə etmədiyini deyib.

Sozcu.az xəbər verir ki, Mask bu barədə Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, sentyabrın 4-də Belarus Prezidenti Lukaşenko Maskın ona “Tesla” elektromobili bağışladığını bildirmişdi. “Belarus partizanı” saytı da Tvitterdə “Lukaşenkoya 165 minlik elektrokarı kim hədiyyə edib?” başlıqlı məqalə dərc etmişdilər.

Tvitter istifadəçilərindən biri şərhdə biznesmendən Lukaşenkoya belə bir hədiyyə verib-vermədiyini soruşub. Mask da ona “Yox” cavabını verib.

Facebook Comments