Davudoğludan Ərdoğanın ünvanına şok sözlər

AKP bir zamanlar ədalət, azadlıq, düşüncə və ifadə azadlığına dəyər verirdi. Ancaq son 3 ildə müşahidə etdiyim qədərilə həyatımız boyu hörmət etdiyimiz təməl dəyərlər gözardı edilir.

Sozcu.az xəbər verir ki, bu sözləri “Faynənşl Tayms” nəşrinə müsahibəsində barəsində yeni partiya quracağına dair iddialar səsləndirilən Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu deyib.

Prezident idarəetmə üsulunu tənqid edən Davudoğlu Ərdoğanın əlindəki gücün Türkiyəyə zərər verdiyini və ölkədəki siyasi qurumları zəiflətdiyini bildirib. Hələ də AKP üzvü olduğunu xatırladan Davudoğlu partiyada islahatlar aparılması üçün özündə məsuliyyət hiss etdiyini, ancaq buna çox ümid etmədiyini qeyd edib.

Facebook Comments