Bu günə qədər 494 hektara yaxın ərazidə taxıl biçini aparılıb

Respublika ərazisində taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

İyunun 21-nə olan operativ məlumata görə, ölkə ərazisində 493783,4 hektar ərazidə taxıl biçini aparılıb, 284 622,5 hektar ərazidə arpa, 209 160,9 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 545 015,5 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,2 sentner təşkil edir.

Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Ağdam, Kəlbəcər, Neftçala, Saatlı, Balakən, Şuşa, Ucar, rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Füzuli, Cəbrayıl, Laçın, Lənkəran, Samux, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. İmişli ərazisində arpa əkilmiş 6322 hektar sahənin 6317 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3814,5 hektar sahənin 3797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Sozcu.az

Facebook Comments