İtkin şəhid xanım Sumqayıtda dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Mehriban Qarayevanın nəşinin qalıqları hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə dəfn olunub. Qeyd edək ki, Mehriban Qarayeva 1970-ci il martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə könüllü hərbi xidmətə gedib. Elə həmin il Sırxavənd (Ağdərə) kəndində itkin düşüb. Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra Ağdərə rayonundan kütləvi məzarlıqda müəyyən edilərək ailəsinə təhvil verilib.

Qadın doğuşdan sonra öldü

Bakıda qadın ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, 1998-ci il təvəllüdlü paytaxt sakini Sevda Məmmədovanın Kliniki Tibbi Mərkəzdə doğuşdan sonra ölüb.

ABŞ-a məxsus təyyarə Rusiya ərazisinə daxil oldu

ABŞ-a məxsus naməlum təyyarə Murmansk vilayətinin hava məkanından Rusiya ərazisinə daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Flightradar” xidməti təyyarənin nömrəsini və ya mənsubiyyətini göstərməyib. Moskva vaxtı ilə saat 09:10-da (Bakı vaxtı ilə saat 10:10) təyyarə artıq Qazaxıstanın hava məkanında olub.

Tramp zərbə endirmək əmri verəcək

ABŞ Prezidenti Donald Tramp Tehranı nüvə sazişini qəbul etməyə məcbur etmək üçün İrana məhdud hərbi zərbə endirməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “İlkin plan az sayda hərbi və ya dövlət obyektlərini hədəf alacaq. İran nüvə proqramını məhdudlaşdırmaqdan imtina edərsə, daha geniş hücumlar mümkündür”, - məlumatda bildirilib.

Çalışdıqları şirkətdən 10 minlik oğurluq etdilər

Paytaxtın Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb. Sozcu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinənlər - 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təqsirləndirilən şəxs: Məni həbs etməsəniz, özümü öldürəcəm

Bakıda qızına şillə vuran ata həbs olunub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Əvvəllər məhkum olunmuş 41 yaşlı S.Cəfərov gecə saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək gedib yatmasını tapşırıb. Lakin qızı atasının sözlərini eşitməyib və telefon oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov sillə ilə qızının sifətinə zərbə vurub. Bu əməlinə görə S.Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib. Zərərçəkən qız atasının tez-tez içki içdiyini və daim evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı da atası onu və anasını döyüb ki, şikayəti geri götürsünlər. Zərərçəkən həyatlarının təhlükədə olduğunu bildirib və məhkəmədən bunu nəzərə almağı istəyib. Məhkəmənin hökmü ilə S.Cəfərov 5 ay müddətinə həbs edilib.

Davudoğlu: Tabutumu azərbaycanlı gənclər daşısın...

Türkiyənin sabiq baş naziri və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu vəsiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Cənazəmdə ikiüzlü siyasətçilərin iştirakını istəmirəm. Tabutumun azərbaycanlı, fələstinli, somalili və bosniyalı gənclərin çiyinlərində daşınmasını çox istərdim. Bu, mənim gənclərə vəsiyyətimdir”, - Davudoğlu bildirib.

Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Sozcu.az xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub. Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib. Qeyd edək ki, Şahin Kərimov 1973-cü il dekabrın 16-da Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1993-cü ilin aprelində ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Ruslan Eyyubovun həbs müddəti uzadıldı

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb. Ötən ilin dekabr ayında barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub. Ruslan Eyyubov bir qədər əvvəl Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.

Bu ərazilərdə güclü külək əsir

Fevralın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, bəzi rayonlarda yağıntlı və küləkli hava şəraiti müşahidə olunur. Şahbuz, Gədəbəy, Sarıbaşda (Qax) yağış, Qrız (Quba), Xınalıq, Daşkəsən və Şahdağda isə qar yağır. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtərdə 25, Lerikdə 23, Qəbələdə 22, Gəncə, Tovuz, Qobustan, Göyçayda 20, Mingəçevir, Ağdam, Balakəndə 18, Sabirabad, Bakıda və Abşeron yarımadasında 17, Şamaxıda 16, Şabran, Yevlaxda 15 m/s-dək güclənir. Göyçay, İmişli, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Britaniya kralı qardaşının həbsindən danışdı: narahatam

Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryunun həbsi ilə bağlı danışıb. Sozcu.az xəbər verir ki, o, qardaşının həbsindən dərin narahatlıq keçirdiyini bildirib. "Endryu ilə bağlı xəbərlərdən və dövlət vəzifəsində qanun pozuntuları iddialarından ən dərin narahatlıqla xəbər tutdum. İnanıram ki, bu məsələ ilə bağlı müvafiq qaydada və aidiyyəti orqanlar tərəfindən tam, ədalətli və düzgün araşdırma aparılacaq",- III Çarlz deyib. Xatırladaq ki, Jeffrey Epstein işi çərçivəsində aparılan araşdırmalarla əlaqədar keçmiş İngiltərə şahzadəsi Şahzadə Andrey vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.

İcra başçısı bir gündə 14 vəzifəli şəxsi işdən ÇIXARDI

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov - Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 2. Əhməd Hüseynov - Ağsu RİH başçısının Kalva kənd inzibati ərazi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 3. Elxan Quliyev - Ağsu RİH başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 4. Yusif Xalıqov - Ağsu RİH başçısının Bozavand kənd inzibati ərazi da üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi. 5. Sail Baloğlanov - Ağsu RİH başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 6. Elmir Məmmədov - Ağsu RİH başçısının Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 7. Elşən Məhərrəmov - Ağsu RİH başçısının Ləngəbiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 8. Elnur Səlimov - Ağsu RİH başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 9. Cahangir Babaxanov - Ağsu RİH başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 10. Teymur Əliyev - Ağsu RİH başçısının Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi; 11. Fuad Kərimli - Ağsu RİH başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 12. Taryel Qasımov - Ağsu RİH başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 13. Rəvan Ziyazadə - Ağsu RİH başçısının Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi 14. Fəxrəddin Rüstəmov - Ağsu RİH başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi Məlumata görə, adıçəkilən şəxslər tutduqları vəzifədən azad edilib, başqa işlə təmin edilməyiblər. (Oxu.az)

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sozcu.az-a fonddan məlumat verilib.  Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Qeyd edək ki, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

28 yaşlı şəxs binadan yıxılıb öldü

Bakıda 28 yaşlı kişi evin 4-cü mərtəbəsindəki eyvanından yıxılıb. Sozcu.az xəbər verir ki, hadisə 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsində olub. Sabunçu Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma aparılır.

Bakıda sərnişin avtobusunda ölüm...

Bakıda 72 yaşlı kişi avtobusda ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Məlumata görə, 65 saylı xətt avtobusunda 1954-cü il təvəllüdlü İzzət İsgəndərov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırma aparılır.

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

On minlər bu torpaq üçün öldü, verə bilmərik

Ukraynada heç kim ərazilərin verilməsini dəstəkləməyəcək, çünki on minlərlə ukraynalı bu torpağı müdafiə edərkən həlak olub. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Biz Donbası tərk edə bilmərik. Bu, mümkün deyil. Bu, bizim ərazimizdir. Əlbəttə ki, hazırda işğal altında olan hissələr də bizim ərazimizdir”, - Zelenski bildirib. Qeyd edək ki, sülh danışıqları çərçivəsində Ukrayna ordusunun Donbasdan geri çəkilməsinin müzakirə edildiyi bildirilir.

Zirzəmidən Allaha açıq məktub!

Ey Yerin və Göyün Sahibi olan Uca Allah! Bu məktub sadəcə bir dua deyil - bu, zülmə qarşı yazılmış ittiham aktıdır. Bu sətirlər mürəkkəblə yox, sındırılmış ümidlə, tapdanmış ləyaqətlə, boğazda düyünlənmiş harayla yazılıb. Mən, bu məktubu SƏNə yazıram, çünki bu ölkədə məmur kabinetləri səs keçirmir, amma SƏNin DƏRGAHın heç vaxt lal olmayıb. Bu yazı bir nəfərin şəxsi dərdi deyil. Bu, minlərlə evsiz insanın, zirzəmilərdə çürüyən talelərin, kirayə evlərdə - həyatda nəfəsi kəsilən ailələrin ümumiləşmiş fəryadıdır. Bu, susdurulmuş XALQın adından ürək ağrısıyla yazılmış açıq məktubdur. Allahım! Bu ölkə artıq sosial uçurumun adıdır. Bu ölkədə bur tərəfdə villalar GÖYlə yarışır, o biri tərəfdə isə zirzəmilər insanı torpaqla üz-üzə qoyur. Azərbaycan adlı bu məmləkətdə saraylar işıq içindədir, amma XALQ qaranlıq içində, əzab-əziyyətlə dolu günlərlə baş-başa qalıb. Bu ölkənin torpağında məmur üçün hər şey var: - vəzifə kreslosu var, - villa var, - pul-para var, - toxunulmazlıq var,- susdurulmuş qanun var.  XALQ üçün isə yalnız bunlar qalıb: - səbr, - qorxu, - dözüm, - susmaq məcburiyyəti. Bu, artıq idarəçilik deyil, Allahım. Bu, XALQ üzərində qurulmuş soyuq sistemdir. Bu zirzəminin divarları daşdan hörülməyib, Allahım. Bu divarlar rüşvətlə, haram pulla, yeyilmiş haqla hörülüb. Bu tavanın alçaqlığı yoxsulluqdan deyil -  ədalətsizlikdəndir. Bu zirzəminin divarından axan qara kifli su nəmlik deyil, sistemin çürümüşlüyüdür. XALQın haqqı yeyilərək tikilən saraylar gec-tez sahiblərinə qəbir qədər dar olacaq.  Çünki ah-nalə üzərində qurulan heç bir bina uzunömürlü olmur.  Biz, dilənçi olmaq üçün yaradılmadıq. Biz, zirzəmidə yaşamaq üçün doğulmadıq. Biz, insan kmi yaşamaq haqqı ilə doğulduq - amma bu haqq əlimizdən alındı. Ey Böyük Yaradan! Bu ölkədə dövlətlə XALQ arasında dərin bir boşluq yaradılıb. Bu boşluğun adı vicdansızlıqdır. Məmurlar XALQa yox, kresloya sədaqət göstərir. Qanun XALQ üçün sərt, vəzifəli üçün elastikdir. Vəzifə bu torpaqda xidmət anlamını itirib, Allahım. O, imtiyaz alətinə, toxunulmazlıq qalxanına çevrilib. XALQ isə yalnız seçkidən seçkiyə xatırlanan yükdür. Amma SƏN Yer üzündə hər şeyi - qara daşın üstündəki qarışqanı da görürsən. Və bu, bizim son təsəllimizdir. Rəbbim! Zirzəmi insanı tədricən öldürür. Əvvəl bədəni, sonra ruhu. Yarıqaranlıq zirzəmidə ömür sürüb nəfəs almaq çox ağırdır, yaşamaq isə əzaba çevrilir. Bu, sosial siyasətin iflasının canlı sübutudur. Divarlardan axan qara su bədənə yox, birbaşa ürəyə işləyir. Soyuq döşəmələrdə illər yox olur, sağlamlıq əriyir. Günahı olmayanlara verilmiş səssiz cəza budur. Ey Uca Allah!  Bu yazı təkcə yalvarış deyil. Bu yazı açıq  ittihamdır. Mən SƏNdən möcüzə istəyirəm, çünki insanlar möcüzəsiz qalıb. Mən ailə üzvlərimlə birlikdə ömür yaşamaq üçün EV istəyirəm. Bu, insanın yaşamaq hüququdur. Damı-evi olmayanın DUAsı ağır, ahı təhlükəlidir. Bu XALQa ağ günlər ver, İlahi! Bu torpaqda - bu məmləkətdə uşaqlar zirzəmidə yox, gün işığında böyüsün!  Bu ölkədə məmur saraylarından çox, XALQ evləri tikilsin. Bu dövlətdə ədalət kağız üzərində yox, həyatın içində olsun. Ey Xudavənd!  SƏN hər şeyə qadirsən axı! Mənim də doğma VƏTƏNimdə mənzilim olsun. Bu, tək bir insanın arzusu deyil - bu, əzilmiş bir XALQın haqqıdır. Bu kitabça SƏNə ünvanlanmış açıq məktubdur. Bu məktubun cavabı ya ədalətdə olacaq, ya da ki, tarixdə.  SƏNi sevən, SƏNə sığınan bəndən. Ey sevimli, rəhmli Allah! SƏNin iradənlə, SƏNin isminlə yazdım bu məktubu. İnsana mümkün olmayan, Sahiblər Sahibi olan Böyük Allaha mümkündür!  Mərhəmətli, sevgi dolu Allah! Nə istədiyimi SƏNin əllərinə verirəm.  XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Azərbaycanda bu idarələr LƏĞV OLUNDU

Azərbaycanda meliorasiya sahəsində fəaliyyət göstərən daha bir neçə idarə ləğv olunduğunu elan edib. Sozcu.az xəbər verir ki, bunlar Kürdəmir, Sabirabad, Sumqayıt və Lənkəran Melioservis İdarələridir. Xatırladaq ki, daha əvvəl isə Salyan Melioservis İdarəsi, Qazax Melioservis İdarəsi və Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Neftçala Melioservis İdarəsi, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsi ləğv olunduğunu elan edib.(İqtisadiyyat.az)

Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur

Müdafiə Nazirliyi (MN) Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda qeyd olunub ki, Ruhin Tağıyev xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların İkinci Qarabağ müharibəsi zamanı xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onlara əlillik dərəcəsinin verilməsi üçün arayış təqdim edib. İttihama görə, o, bu arayışların verilməsi üçün Kənan Cabbarovdan 6, Sərvər Eyvazovdan 6, Tural İbrahimovdan 3, Ədalət Seyidovdan 7 və Zeynalabdin Məmmədovdan 5 min manat rüşvət qismində pul alıb. Bundan əlavə, o, Hərbi Tibb Məntəqəsində işləyən Nərgiz Hümbətovaya iş müqaviləsinin uzadılması barədə vəd verib və bu işin görülməsi üçün ondan 1 500 manat almaqda ittiham olunub. Ruhin Tağıyev ittihama münasibət bildirərək özünü təqsirli bilməyib. O deyib ki, məhkəmədə ifadə verən zaman günahsız olmasını sübut edəcək, bununla bağlı sənədlər təqdim edəcək. Prosesdə Ruhin Tağıyev mətbuat nümayəndələrinin məhkəmə iclaslarında iştirakına etiraz edib. Təqsirləndirilən şəxsin vəkilləri də onunla razılaşıblar. Prosesə sədrlik edən hakim isə deyib ki, məhkəmə iclasları ya qapalı, ya da açıq formada olur: "Açıq məhkəmə iclasından mətbuat nümayəndələrinin hansı qanunla çıxarılmasını təmin edək?" Təqsirləndirilən şəxsin vəkili əvvəlcə məhkəmənin açıq keçirilməsini, amma mətbuat nümayəndələrinin zala buraxılmamasını istəyib. Hakim isə belə bir halın qanunvericilikdə mövcud olmadığını deyib. Bundan sonra təqsirləndirilən şəxs məhkəmənin qapalı keçirilməsini istəyib. Hakim isə müdafiə tərəfinin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslə müdafiəçilərinin fikirlərində ziddiyyət var. Sonda təqsirləndirilən şəxs vəkilləri ilə prosesin qapalı keçirilməsi barədə razılığa gəliblər. Hakim heyəti də prosesin qapalı keçirilməsinə qərar verib. Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub. Qeyd edək ki, Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. İstintaq materiallarında qeyd olunub ki, Ruhin Tağıyev 2021-23-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət edən hərbi qulluqçuların adlarını ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edib. Bununla o, hərbi qulluqçuların xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pulu rüşvət qismində almaqda, habelə hərbi qulluqçuların şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alverində təqsirli bilinib. Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumatda qeyd olunub ki, oxşar xarakterli əməllərin törədilməsində iştirak edən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılıb. (Report)

Sabah Xocalıya növbəti köç olacaq

Sabah Xocalıya növbəti köç olacaq. Sozcu.az xəbər verir ki, köç Xocalının Xanabad kəndinə olacaq. Qeyd edək ki, bu proses azad edilmiş ərazilərə mərhələli qayıdışı nəzərdə tutan Böyük Qayıdış proqramı çərçivəsində reallaşdırılır.

İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR

ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlama ehtimalı 90 faiz qiymətləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə "Axios"  nəşri Ağ Evdəki anonim mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, ABŞ yaxın həftələrdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya bilər. Ağ Ev daxilində bəzi rəsmilər ABŞ prezidenti Donald Trampı belə addımdan çəkindirməyə çalışsalar da, ehtimal yüksək qiymətləndirilir. Bildirilir ki, son 24 saat ərzində ABŞ Yaxın Şərqə 50 ədəd F-35, F-22 və F-16 qırıcı təyyarəsi göndərib. Nəşrin yazdığına görə, mümkün əməliyyat bir neçə həftə davam edə və miqyasına görə tammiqyaslı müharibəyə bənzəyə bilər. Bu, son on ildə ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi müdaxiləsi ola bilər. Mənbələr əməliyyatda İsrailin də iştirak edə biləcəyini istisna etmirlər. İsrailli iki rəsmi ölkənin yaxın günlərdə müharibəyə hazırlaşdığını bildirib. Qeyd olunur ki, mümkün zərbələrin nəticələri 2025-ci ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı keçirdiyi əməliyyatdan daha geniş və ciddi ola bilər. Xatırladaq ki, fevralın 17-də İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən danışıqların ikinci raundu başa çatıb. Hər iki tərəf müəyyən irəliləyiş olduğunu bildirsə də, ABŞ rəsmiləri Vaşinqtonla Tehran arasında fikir ayrılıqlarının aradan qaldırılmasının çətin olacağını vurğulayıblar.

Raşizmin Azərbaycana qarşı hibrid müharibəsi

Rusiyada hakim olan raşizmin nə qədər təhlükəli olduğunu Ukraynaya qarşı 24 fevral 2022-ci ildən bəri davam edən müharibədə Rusiya ordusunun törətdiyi qətliamlar, Ukraynanın dinc şəhərlərinin bombardman edilməsi və buna rəsmi Moskvanın münasibəti çox aydın göstərir.  Ukraynanın dinc şəhərlərinin bombardıman edilməsinə münasibət bildirən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə demişdi: “Ukrayna “Rusiyanın qanuni maraqları”nı tanısa, Moskva Ukrayna xalqının əzabına son verəcək.” Peskovun bu açıqlaması 1940-cı il iyulun 17-də Reyxstaqda çıxışı zamanı Hitlerin Böyük Britaniyaya ünvanlanmış bədnam fikrinin rus variantıdır. Britaniyanın dinc şəhərlərinin bombardman edilməsindən danışan Hitler demişdi ki, London Almaniyanın qanuni maraqlarını tanısa, Britaniya əhalisinin iztirablarına son vermək üçün hərbi əməliyyatları dayandıracaqlar. Peskovun açıqlamasının Hitlerin sözləri ilə birəbir üst-üstə düşməsi raşizmin faşizmlə eyni mahiyyətə malik olduğunun, eyni məntiqlə hərəkət etdiyinin sübutudur. Raşizmin məntiqinə görə, Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı “qanuni maraqları” bu coğrafiyadakı ölkələr və xalqların Moskvanın əsarəti altında olmasından ibarətdir.  Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğu dərinləşdikcə raşizm daha da quduzlaşır. Rusiyanın cinayətkar ordusunun Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə endirməsi raşizmin daha da quduzlaşmasının nəticəsidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr zamanı Prezident İlham Əliyev bildirib ki, Rusiyaın Azərbaycan səfirliyinə ilk hücumundan sonra bu hadisənin təkrar olmaması üçün Azərbaycanın diplomatik nümayəndəliklərinin- konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilib. Ancaq buna baxmayaraq daha iki hücum olub və aydın görünür ki, bu hücumlar bilərək edilib.  Qeyd edim ki, Azərbaycan tərəfinin ölkəmizin konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilməsindən öncə də Rusiya hərbiçiləri həmin kordinatları çox yaxşı bilirdilər. Çox güman ki, Azərbaycan tərəfi Rusiyanın cinayət məsuliyyətindən yayınmaması üçün ən kiçik bəhanəyə yer buraxmamaq üçün belə ediblər. Digər tərəfdən istisna deyil ki, Ukrayna tərəfi Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumun təsadüf olmadığını sübut edən texniki məlumatları da Azərbaycan tərəfinə təqdim edib. Azərbaycanın sərnişin təyyarəsinə hücumla başlayan, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinə hücumla davam edən hadisələr raşizmin Azərbaycana qarşı  hibrid müharibəsinin bir hissəsidir.  ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Tramp adminstrasiyasının Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün bir neçə yeni qayıq (kater) göndərəcəyini bəyan etməsi raşizmin yeni hədəfi ilə bağlı Vaşinqtonda məlumatlar olduğunu ehtimal etməyə imkan verir. Heç şübhəsiz ki, raşizmin başqa hədəfləri də var.  Ən əsası unutmamalıyıq ki, raşizmin hibrid müharibəsi yalnız hərbi zərbələrdən ibarət deyil. Ukraynanın Rusiya işğalına qarşı heyratimiz müqaviməti göstərdi ki, raşizmin hibrid müharibəsini dövlətinin və cəmiyyətinin birgə mübarizəsi ilə dəf etmək, zərərsizləşdirmək mümkündür. Xəqani Cəfərli, politoloq

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb. Onun sözlərinə görə, sanksiyalar bu gün tətbiq edilib.