Fransa müdafiə naziri Ermənistana təcili nümayəndə heyəti göndəriləcəyini bildirdi…-RƏSMİ

Fransanın müdafiə naziri Sebastyen Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edib.

Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Lekornu bildirib ki, həmsöhbətlər Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə ediblər.

“Burada döyüşlər dayandırılmalı və Azərbaycan qüvvələri öz ilkin mövqelərinə qayıtmalıdırlar”-deyə nazir əlavə edib.

Fransanın müdafiə naziri “vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətinin təcili olaraq Ermənistana göndəriləcəyini” açıqlayıb.

Xatırladaq ki, sentyabrın əvvəllərində Ermənistan müdafiə naziri S.Papikyan ABŞ-da uzunmüddətli işgüzar səfərdə olub, Pentaqonda və s. görüşlər keçirib.

Sultan Laçın

Facebook Comments