Pis qan dövranının 5 əlaməti – 40 yaşdan yuxarıların diqqətinə

Bədəndən ayaqdan başa kimi pis qan dövranı 40 yaşdan sonra insanı sürətlə qocaldan əsas səbəblərdən və simptomlardan biridir.

Sozcu.az medicina.az-a istinadla xəbər verir ki, fizioterapevt Krus Tatt hər kəsin qan dövranının vəziyyətindən xəbərdar olmalı olduğunu bildirib.

“Qan dövranının pozulması təkcə yaş dəyişikliyi yox, eləcə diabet, ürək-damar problemi və damar xəstəliklərində ola bilər.

Onu müalicə etmədikd öz-özünə həll olan deyil. Əvəzində qısa müddətdə tromb, tromboz, infarkt, insult, xoralara səbəb ola bilər.

Pis qan dövranının əlamətləri bunlardır.

– Ayaqlarda sanki iynə batırma hissi.

– Soyuq əllər və ayaqlar – qan dövranı aşağı düşdükdə periferik zonalar daha soyuq olur

– Ödem, şişkinlik – əllər, ovuclar, ayaqlar şişir

– Əzələ spazmı, oynaqlarda ağrılar, ayaqlarda ağrılar – ən birinci səbəblərdən biri qan dövranı pozulmasıdır.

– Dərinin rənginin dəyişməsi – göyərmiş, ağarmış rəng alır. Əllərin barmaqlarına diqqət yetirin. Eləcə də dodaqlar göyərmiş olur.

Əgər bu əlamətlər varsa, siz kardioloq, nevroloqa müraciət etməlisiz.

Facebook Comments