Putin Xarkovdakı məğlubiyyəti etiraf etdi

Rusiya rəhbərliyi ordunun Xarkov vilayətində məğlubiyyətini etiraf edib. Rəsmilər və media uğursuzluğun səbəblərini aktiv şəkildə müzakirə edir.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ruslar nə Kiyev bölgəsindən geri çəkildikdən, nə də Zmeyni adasından qaçdıqdan sonra məğlubiyyətlərini etiraf etmişdilər. Onlar daim öz hərbçilərinin hərəkətləri üçün bəhanələr axtarırdılar. Xarkov vilayətindən geri çəkilmə ilə bağlı da ilk olaraq Rusiyanın Müdafiə Nazirliyi bəhanə gətirəcək izahat verdi, lakin açıqlamalar rusların özləri tərəfindən tənqid olundu. Vladimir Putin isə məğlubiyyəti Müdafiə Nazirliyini tənqid etməklə etiraf etdi. Kreml mediası indi Rusiya prezidentini məğlubiyyətə görə məsuliyyətdən azad etməyə çalışır, əvəzində müdafiə qurumunu Xarkov vilayətindəki vəziyyətdən xəbərsiz olduğuna görə tənqid edir. Xarkov yaxınlığında məğlubiyyəti etiraf etmək onu göstərir ki, Putin hətta Rusiyanın məğlubiyyətini etiraf etməyə hazırdır və buna qadirdir. O, ən azından özünə bəraət qazandırmağa çalışır”, – məlumatda deyilib.

Facebook Comments