Rus hərbçilərin olduğu bina məhv edildi

Xersonda rus hərbçilərinin olduğu bina vurulub.

Sozcu.az xəbər verir ki, bu barədə yerli “Most” portalı məlumat yayıb.

Məlumata görə, sentyabrın 1-dən 2-nə keçən gecə “Milis məktəbi” adlandırılan binaya raket-artilleriya zərbələri endirilib.

Binada əksəriyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarından ibarət 200 hərbçinin olduğu bildirilir.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Facebook Comments