Davosda Zelenski və Tramp arasında görüş keçirildi

16:25 Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezident Donald Tramp arasında görüş başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib. Görüş Davosda keçirilir. *** Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında danışıqlar başa çatıb. Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. ABŞ Prezidenti Donald Tramp görüşün yaxşı keçdiyini bildirib.

Bu virusun yayılmasında artım müşahidə olunur

Azərbaycanda hazırda qrip virusunun yayılmasında artım müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, qrip virusu ştammı daim dəyişir: "Qripdən ən gözəl müdafiə üsulu peyvənd olunmaqdır. Hazırda TƏBİB tabeli tibb müəssisələrində qriplə əlaqəli müraciətlər çoxdur. Amma onu da xüsusi vurğulamaq lazımdır ki, xəstəxanalarımızda bu günə qədər qrip səbəbindən səhhəti ağırlaşan pasiyent olmayıb".

Kənd və şəhərdə kommunalın qiymətləri fərqli olsun - Təklif

Azərbaycanda şəhərlərdə və kəndlərdə yaşayan şəxslərin kommunal xidmətlərə görə ödədiyi vəsaitin məbləğində fərq olmalıdır. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bildirib. "Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar", - deyə o qeyd edib.

Zelenski Davosa getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə yollanıb. Sozcu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Onun forum çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır. Qeyd edək ki, Ukrayna Prezidenti bundan əvvəl özünün Davosa səfər ehtimalının az olduğunu bildirmiş və buna Rusiyanın hava zərbələrinə cavab verilməsi ilə bağlı prosesdə iştirakını səbəb gətirmişdi.

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadə idarə etdiyi "Renault Megane" markalı avtomobil ilə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan, 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi "Ihonzda FX32" markalı motosiklet toqquşub. Hadisə nəticəsində R.Səfərli hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda 10 yaşlı uşaq və yeniyetmə faciəvi şəkildə öldü

Bakının Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub. Sozcu.az APA-ya istiandən xəbər verir ki, hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.V. orada ölüb. Araşdırma aparılır. Dəm qazından növbəti ölüm hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbə sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Tramp geri çəkildi: Qrenlandiya ilə bağlı razılaşma...

1 ildir ki, Trampın "Qrenlandiya isterikası"nı müşahidə edirik. Tramp dəfələrlə, o cümlədən Davosda bəyan etmişdi ki, yalnız Qrenlandiyanın ABŞ-ın tamamilə nəzarətinə keçəcəyi ilə qane olacaq. Buna cavab olaraq Avropa müttəfiqləri Trampın bu isterikasına vahid və qətiyyətli mövqe sərgilədilər. Sozcu.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərov deyib. “Dünən Tramp və NATO-nun baş katibi Mark Rutte arasında bir neçə saat davam edən görüş keçirildi və görüş nəticəsində Tramp bəyan etdi ki, "bizə lazım olan hər şeyi nəzərdə tutan" razılaşma olacaq. Tramp əlavə etdi ki, Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxdıqlarına görə 8 Avropa müttəfiqinə qarşı fevralın 1-dən rüsum tətbiq etmək hədəsini həyata keçirməyəcək. Jurnalistlərin Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilib-çevrilməyəcəyi sualına Tramp açıq cavab verməkdən yayındı və dedi: "Bu, yekun uzunmüddətli razılaşmadır. Bu, müddətsiz razılaşmadır. Bu, əbədi razılaşmadır". Bu təklif Qrenlandiya üzərində suverenliyin Danimarkadan ABŞ-a verilməsini nəzərdə tutmur. Plan ABŞ və Danimarka arasında 1951-ci il tarixli "Qrenlandiyanın Müdafiəsi üzrə Saziş"in yenilənməsini nəzərdə tutur. Həmin saziş ABŞ-a adada hərbi bazalar tikməyə və NATO bunu zəruri hesab edərsə, "müdafiə zonaları" yaratmağa imkan verirdi. Eyni zamanda, təklif Qrenlandiyada təhlükəsizliyin artırılması, NATO-nun Arktikadakı fəaliyyəti və faydalı qazıntılar sahəsində əlavə işlərə dair bölmələri də əhatə edir. Razılaşmaya Qrenlandiyada "Qızıl Qübbə"nin yerləşdirilməsi və Rusiya ilə Çinin zərərli xarici təsirinə qarşı mübarizə ilə bağlı müddəalar da daxildir. Ruttenin səsləndirdiyi ideyalar Danimarkanın artıq uzun müddətdir nəzərdən keçirdiyi təkliflərlə üst-üstə düşür: Danimarka suverenliyi qoruyur, lakin ABŞ hərbi mövcudluğunu artıra bilər. Yaxın həftələrdə ABŞ potensial razılaşma ilə bağlı Danimarka və Qrenlandiya ilə yüksək səviyyəli danışıqlara başlayacaq. Tramp danışıqlarda özünün sınaqdan çıxmış taktikasından istifadə etdi, maksimum təzyiq göstərmək, əgər alınmazsa, geri çəkilib öz qələbəsini elan etmək (6 ay əvvəl Avropa və Çinlə tariflər üzrə danışıqlarda olduğu kimi). Tramp Avropanın çox sərt və həmrəy mövqeyi ilə üzləşdi və gördü ki, Qrenlandiyanın suverenliyi müzakirə mövzusu deyil. Avropa ABŞ-la ticarət müharibəsinə hazır olduğunu bildirdi və geri çəkilməyəcəyini vurğuladı. Bundan əlavə, Konqresin sərt mövqeyi və fond bazarının çöküşü də rol oynadı. Nəticədə Tramp geri çəkildi və bunu öz qələbəsi kimi təqdim etdi”, - politoloq bildirib.

Rusiya Ukraynada hər gün 1000 nəfər itirir - Rutte

Dekabr ayı ərzində Rusiya Ukraynadakı müharibədə hər gün orta hesabla min nəfər itirib. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib. “Bəli, dekabr ayında rusların hər gün min nəfər itirdiyi doğrudur. Bu, dekabr ayında 30 mindən çox adam edir”, - o bildirib. Rutte əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya Ukraynadakı hücumlarını davam etdirir.

Sabah Bakıətrafı ərazilərdə yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bakıdakı güclü yanğının başvermə səbəbi bəlli oldu

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verən yanğın zamanı iki mağaza və bir anbar tam, yaxınlıqda olan daha bir obyekt isə qismən yanıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, yanğına səbəb mağazalardan birinin anbarında olan elektrik naqilindəki qısaqapanma olub. Qısaqapanma nəticəsində anbarda yanğın başlayıb. Anbardakı məhsullar tezalışan maddə olduğundan yanğın qısa müddətdə güclənib və ətrafdakı mağazalara keçib. Anbar və mağazalarda əsasən tikinti materialları olub. Hazırda Fövqəladə Hallar Nazirliyi ərazidə qərargah yaradıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir.

Nazirlik pəhriz proqramları ilə bağlı çağırış etdi

Diyet proqramları son illərdə Azərbaycanda geniş yayılıb və xüsusilə, sosial şəbəkələr, fitnes mərkəzləri, eləcə də onlayn platformalar vasitəsilə populyarlıq qazanıb. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. Onun sözlərinə görə, motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz: "İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir. Qrup diyet proqramlarında isə adətən bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur". Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerji çatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineral yetərsizliyi ortaya çıxır.

Çətir tutduğuna görə işdən qovuldu

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sozcu.az CityPost.az -a istinadla xəbər verir ki, həmin şəxs artıq işdən çıxarılıb. “İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. Səbəb kimi isə göstərilib ki, onun bu davranışı İsa Həbibbəylini ictimaiyyətin qınağına tuş gətirib”,- sayt yazır. Qeyd edək ki,sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.

Bakıda 14 mindən çox cinayət hadisəsi törədilib

Ötən il Bakıda 14 104 cinayət hadisəsi törədilib. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib. Bildirilib ki, həmin cinayətlərin 93,4 %-nin açılması təmin olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətinin və 19 qəsdən adam öldürməyə cəhdin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

Timoşenkonun əmlakının bir hissəsinə həbs qoyuldu

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi “Batkivşçina” partiyasının lideri Yuliya Timoşenkonun əmlakının bir hissəsinin həbs edilməsi barədə qərar qəbul edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb. Məlumata görə, Ali Rada çərçivəsində rüşvət almaqda şübhəli bilinən siyasətçi ilə bağlı iş üzrə məhkəmə Yuliya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenkoya məxsus əmlaka da, eləcə də axtarışlar zamanı götürülən pul və digər əşyalara həbs qoyub. Timoşenkonun vəkili bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil və onu apellyasiya qaydasında şikayət edəcək.

Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək

Gürcüstanda məktəblərdə təkcə şagirdlərə deyil, müəllimlərə də mobil telefonlardan istifadə etmək qadağan olunacaq. Dövlət məktəblərində müəllimlər dərs zamanı mobil telefonlardan istifadə edə bilməyəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu qadağa 2026-2027-ci tədris ilində qüvvəyə minəcək ümumi təhsil islahatlarında nəzərdə tutulub. Məlumata görə, müəllimlər dərs zamanı mobil telefonların istifadəsini məhdudlaşdırmaqla şagirdlərinə şəxsi nümunə göstərməlidirlər. Lakin bu, müəllimlər üçün qadağan xarakteri daşımır. Bu, sadəcə şagirdlər üçün şəxsi nümunədir.(Azərtac)

Heç kimin bilmədiyi silahlarımız var - Tramp

Bizim heç kimin bilmədiyi silahlarımız var. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Bu barədə danışmamaq daha yaxşıdır. Amma bizim çox heyrətamiz silahlarımız var”, - Tramp bildirib.

Lerikdə qarın hündürlüyü 1 metri keçdi

Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Sulu qar, qar yağır. Yağan qarın hündürlüyü Lerikdə 116, Astaranın dağlıq ərazilərində 70, Yardımlıda 49, Əlibəy (Zaqatala) və Kəlbəcərdə 42, Şahbuzda 32, Sarıbaşda (Qax) 28, Şuşada 27, Kişçayda (Şəki) 24, Xızıda 22, Xankəndi və Qrızda 20, Xaltanda 18, Cəlilabadda 16, Laçın və Qubadlıda 15, Lazada (Qusar) 15, Şamaxı və Şirvanda 13, İvanovka (İsmayıllı) və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda 10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda 7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədərəkdə 5, Tərtər, Ağdam və Göyçayda 3, Ceyrançöldə 2, Ordubad, Ağsu, Bərdə və Naftalanda 1 sm-dir. Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və Abşeron yarımadasında 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə 9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və Şəmkirdə 4, Ağstafa və Neftçalada 3, Şabranda 2, Göygöldə 1 mm-dir. Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 2, Naxçıvan MR-da 15, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta qeydə alınıb. Ölkə ərazisində yanvarın 21-i gündüzdən hava şəraitinin mülayimləşəcəyi, 22-25-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

İranda etirazlar dayandı, kütləvi həbslər başladı

İranda etiraz aksiyalarının səngiməsindən sonra müxtəlif bölgələrdə kütləvi həbslər artıb. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə, yanvarın 20-də SEPAH-ın təhlükəsizlik bölməsinin əməkdaşları Qəzvin şəhərində 166 nəfəri həbs edib. Bununla yanaşı, Rəzəvi Xorasan əyalətində 192, İsfahan şəhərəində 73 etirazçının saxlanıldığı bildirilib.

İran etirazlarında ölənlərin yeni sayı açıqlandı

İranda 24 gün əvvəl başlayan ümumxlaq etirazlarında öldürülənlərdən 4519 nəfərin kimliyi müəyyənləşdirilib, 9049 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Öldürülənlərdən 197-si hökumət məmuru, 33-ü azyaşlı, 38-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir. Bununla yanaşı, 26314 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb. Qeyd olunub ki, internet kəsildiyinə görə öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.

Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ

Avropa Komissiyasının sədri Ursula von der Leyen sabah ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə “qətiyyətli cavab” veriləcəyini vəd edib. Sozcu.az xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı von der Leyen Trampın Danimarka ərazisi olan Qrenlandiya ilə bağlı mövqeyi ABŞ-Avropa İttifaqı münasibətlərini “aşağıya doğru təhlükəli spiral”a sürükləyə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki, ABŞ prezidentinin Qrenlandiya ətrafında yaranan münaqişə fonunda səkkiz Avropa ölkəsinə qarşı rüsumlar tətbiq edəcəyi ilə hədələməsindən sonra Avropa mümkün cavab tədbirlərini nəzərdən keçirir. Vaşinqton isə bildirib ki, hər hansı qarşı tədbir “ağılsız addım” olar. “Əlavə tariflərin tətbiqi təklifləri, xüsusilə də uzunmüddətli müttəfiqlər arasında münasibətlər baxımından səhvdir. Əgər biz aşağıya doğru spiral üzrə hərəkət etsək, bu yalnız hər ikimizin strateji məkandan uzaq tutmağa çalışdığı rəqiblərə xidmət edər. Buna görə də cavabımız qətiyyətli, vahid və mütənasib olacaq”, - deyə Leyen deyib. Xatırladaq ki, ABŞ prezidenti Qrenlandiya üzərində Vaşinqtonun nəzarətinin vacibliyini dəfələrlə dilə gətirib. Onun sözlərinə görə, əgər bunu ABŞ etməsə, ada üzərində nəzarəti Çin və ya Rusiya ələ keçirə bilər. Avropa isə Trampın Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxır.

Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var

Azərbaycanın əksər yerlərində hazırda yağıntılar intensiv və güclüdür. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında bildirilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.

İcra nümayəndəsinin əməlində cinayət tərkibi var - hüquqşünas

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidi davam edir. Kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur. Ticarətçinin şəxsi mülkünü götürməyi qanunvericiliyə zidd detal kimi daha çox müzakirə olunur. Məsələ ilə bağlı Modern.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənəv bildirib ki, şəxsin bu əməlində cinayət tərkibi var: “Samir Bədəlovun əməlində ən azı Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi var – vəzifə səlahiyyətlərindən sui-istifadə edir və vətəndaşın əmlakını ələ keçirir. Buna qarət də demək olar. Burada vətəndaşın əmlakının hansı avtomobilə yüklənməsi - xidməti və ya şəxsi maşın olması heç bir əhəmiyyət daşımır. Vətəndaş onun məmur olduğunu bilir və çəkinir. Dediyini etməyə hazır olur. O da vəzifəsindən sui-istifadə edir”.

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Avronyus” (Euronews) televiziyasına müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir: “Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.

1427-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1427-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 228 570 hərbçi, 11 579 ədəd tank, 23 928 ədəd zirehli döyüş maşını, 36 393 ədəd artilleriya sistemi, 1 618 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 279 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 75 067 ədəd avtomobil texnikası, 111 140 ədəd PUA, 4 163 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 048 xüsusi avadanlıq itirib.