“Saat 5-dən telefonum susmur” – 67 yaşlı Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızının ötən gün ad günü olub.

Sozcu.az xəbər verir ki, 67 yaşını qeyd edən aktrisa təəssüratlarını sosial şəbəkədə bölüşüb. Çox sayda təbrik edənlərin olduğunu vurğulayan Bəşirqızı onu yada salanlara təşəkkür edib:

“Məni doğum günüm münasibətilə təbrik edən bütün yaxınlarıma, əzizlərimə, doğmalarıma, xalqıma, tanıdıqlarıma, tanımadıqlarıma öz təşəkkürümü bildirirəm, diqqətinizə görə çox sağ olun.

Dünən saat 5-dən telefonum susmur. Özümü xoşbəxt hiss edirəm. Çünki mən bu məhəbbəti, qayğını, sevgini qazanmışam, ona görə də çox rahatam, sevinirəm. Heç bir şeyə söz vermirəm, ancaq arzum budur ki, çox tezliklə səhnədə sizinlə görüşüm. Yenə də sizinlə təmasda olum, sizinlə bir gülüm, bir güldürüm, sizinlə bir yaşayım o hissləri, o həyəcanları.

Allah məni sizsiz qoymasın, Allah məni səhnəsiz qoymasın. Bütün sənət dostlarıma, incəsənət xadimlərinə və xaricdə yaşayan dostlarıma, hamıya öz minnətdarlığımı bildirirəm. Doğrudan da bu anlarda düşünürəm ki, yaşamağa dəyər. Hə, dostlar, yaşamağa dəyər!”.

Facebook Comments