Bu il ərzaq məhsulları 18,4% bahalaşıb

Qlobal inflyasiya prosesləri ölkə daxilində də izlənib, qiymət artımının daha çox təklif kanallarından təsirləndiyini deməyə əsas verib.

Sozcu.az xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatda əksini tapıb.

Qeyd edilib ki, inflyasiya həm daxili, həm də xarici faktorlarla əlaqəli olub, bahalaşma daha çox ərzaq məhsulları üzrə qeydə alınıb (18,4%). Baxılan dövrdə istehsalçı qiymət indekslərinin və idxal məhsullarının bahalaşması inflyasiyanın daha çox təklif kanallarından formalaşdığı qənaətinə gəlməyə əsas verib. Belə ki, əksər istehsalçı qiymət indekslərində artım izlənib, ötən ilin müvafiq dövrünə nisbətən yanvar-may aylarında idxal məhsulları 21,0% artıb.

Facebook Comments