Şəmkirdə 37 yaşlı qadın bıçaqlandı

Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb.

Sozcu.az xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini,1985-ci il təvəllüdlü Talehə Nizami qızı Əliyeva bədəninin müxtəlif nahiyələrindən çox saylı bıçaq xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, 37 yaşlı T.Əliyevanı bıçaqlamaqda şübhəli bilinən şəxs onun həyat yoldaşı Elçin Əliyevdir. E.Əliyev hadisəni törətdikdən sonra qaçıb, onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, E.Əliyev mədəniyyət evində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments