Baş prokurorluq tanınmış ginekoloqun intiharı ilə bağlı məlumat yaydı

Bakıda tanınmış ginekoloqun intiharı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Facebook Comments