Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

Ömürlük azadlıqdan məhrum edilmiş Şəmsi Səmədzadə əfv olunub.

Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” bu gün imzaladığı sərəncam ona da şamil olunub.

1966-cı ildə anadan olmuş, Azərbaycan vətəndaşı Ş. Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilmişdi.

Facebook Comments