Bakı sakini döyüb, 2000 manatını əlindən aldılar

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin paytaxt sakini E.Məmmədovu döyərək 2000 manatını almaları barədə müraciət daxil olub.

Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Facebook Comments