Güneyli milli fəal qeyri-müəyyən şərayitdə saxlanılır

Onun yaxınları Məhəmməd Eyninin taleindən nigəran olduqlarını deyirlər.

Gilan əyalətinin Rəşt şəhərində yaşayan və dörd ay öncə həbs edilən milli-mədəni fəal Məhəmməd Eyni barədə dəqiq məlumat verilmədiyi üçün onun yaxınların fəalın taleindən nigəran olduqlarını deyirlər.

Onlar bundan öncə Məhəmməd Eyninin girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətlərinə müsbət cavab verilmədiyini, fəalın talei barədə sulalarına məsuların yalnız cinayət işinin prokurorluqdan məhkəməyə göndərikdiyini dediklərini bildirirlər.

Qeyd edək ki, Rəş şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni 2022-ci il yanvarın 22-də təhlükəsizlik idarəsinə çağırılıb.

Yanvarın 23-də Rəşt şəhərinin təhlükəsizlik idarəsinə gedən fəal saxlanılıb və uzun müddət ETTELAAT təcridxanasında dindirildikdən sonra mart ayının əvvəllərində Rəşt şəhərinin mərkəzi zindanına köçürülüb.

Ondan sonra onun telefon danışığı, ailəsi ilə görüşünə icazə verilməyib və nədə ittiham olunduğu barədə hər hansı bilgi almaq mümkün olmayıb.

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi.

Facebook Comments