Azərbaycan Avropa VKA-ya üzv oldu

Azərbaycan Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasına üzv olub.

Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov Feysbukda yazıb.

“Azərbaycan vəkilliyi böyük Avropa vəkil ailəsinə rəsmən üzv qəbul olundu. Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, CCBE Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.

4 illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunmuşdur”, – hüquqşünas bildirib.

Facebook Comments