Qvardiola Haalandın transferindən danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Haalandın transferi haqda danışıb .

Sozcu.az BBC-yə istinadən xəbər verir ki, o, norveçli oyunçu ilə bağlı deyib: “Klubun bu qərarı bizə gələcək üçün yaxşı transfer etmək imkanı verdi. Haaland uzun illər “Mançester Siti”də oynaya biləcək. Ümid edirəm ki, o, komandamıza mükəmməl uyğunlaşa bilər. Futbolçular səni yaxşı məşqçi edir. O, mükəmməl yaşda olan çox istedadlı gənc oyunçudur. Əminəm ki, biz onun tez bir zamanda komandaya uyğunlaşmasına kömək edəcəyik”.

Xatırladaq ki, hazırda Dortmund “Borussiya”sında oynayan Haaland “Mançester Siti” ilə müqavilə imzalayıb. Müqavilə iyulun 1-də qüvvəyə minəcək.

Facebook Comments