Klopp: “Özümüzü 500 oyun keçirmiş kimi hiss edirik”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsində “Vilyarreal”ı üstələyərək finala adlamaları barədə danışıb.

Sozcu.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “mersisaydlılar” İspaniya təmsilçisinə ilk matçda 2:0, cavab oyununda isə 3:2 hesabı ilə qalib gəlib. Klopp cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib:

“Fasilə zamanı futbolçulara dedim ki, ikinci hissədə birincidən daha yaxşı oynamalıdırlar. Mən köməkçilərimdən birinci hissədə nəyi düzgün etdiyimizə dair, oyunçulara nə etməli olduqlarını xatırlatmaq üçün gətirə biləcəyimiz bir nümunə tapmalarını xahiş etdim. Amma onlar mənə dedilər: “Heç nə yoxdur”. Ona görə də mən futbolçulara sadəcə bunu dedim: “Daha çox boşluqlar tapmalı, daha çevik olmalısınız”. İlk hissədəki tək problemimiz Dioqo Yota deyildi. İlk hissədə 11 problem yaşadıq. Burada çox inanılmaz bir stadion var. Rəqibin baş məşqçisi Unay Emeri əla iş görür! “Vilyarreal” yaxşı oynadı, amma biz qələbəyə layiq idik. Futbolçularımıza dedim ki, ertəsi gün qonaqların nə qədər dözümlü olduqları barədə başlıqlar görmək istəyirəm. İlk hissədə “Vilyarreal”ın çıxışına görə necə çətinlik çəkdiyimizi, lakin geri dönüş etməyi bacarmağımızın həqiqətən təsir edici olduğunu görə bilərsiniz. Özümüzü bu mövsüm 500 oyun keçirmiş kimi hiss edirik. Ona görə də bu qələbə böyükdür”.

Qeyd edk ki, “Liverpul” finalda “Real” – “Mançester Siti” cütünün qalibi ilə üz-üzə gələcək.

Facebook Comments